Bakıda faciəvi olay

29.07.2020 17:53 795 baxış sayı 2 dəq. oxuma
Bakıda faciəvi olay

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfərin torpaq uçqunu altında qalması barədə məlumat daxil olub.

Nazirlikdən verilən məlumata görə, dərhal çağırış ünvanına Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, kanalizasiya xəttinin çəkilməsi üçün qazıntı işləri aparılarkən torpaq uçqunu baş verib və nəticədə orada fəhlə işləyən 1962-ci il təvəllüdlü Paşayev Zakir Yasin oğlu dərinliyi təxminən 2,5 metr olan çuxurda uçqun altında qalıb. Xilasedicilər tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb, torpaq uçqunu altında aşkarlanan Z.Paşayevin meyiti çuxurdan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: