
Bakıda məktəbin qazanxanasında partlayış oldu - Yaralanan var

Bakıda orta məktəbdə qazanxanada partlayış olub.
Metbuatşaz APA-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu 42 saylı tam orta məktəbdə qeydə alınıb.
İlkin məlumata görə, qazanxanada baş verən partlayış nəticəsində bir nəfər xəsarət alıb.
TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:30 radələrində Nəsimi rayonu ərazisindən çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 27 yaşlı kişi hər iki qolun, kürəyin 1-ci dərəcəli yanığı diaqnozu ilə Yanıq Mərkəzinə təxliyə olunub.
Bakı şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, payız-qış mövsümünə hazırlıq çərçivəsində podratçı şirkətin əməkdaşları 42 nömrəli tam orta məktəbin qazanxanasına ilkin baxış keçirərkən kiçikhəcmli partlayış olub: “Dərhal müvafiq dövlət qurumlarına məlumat verilib. Aidiyyəti mütəxəssislər tərəfindən qazanxanaya baxış keçirilib, zəruri təhlükəsizlik tədbirləri görülüb. Hadisənin səbəbləri müvafiq mütəxəssislər tərəfindən müəyyən ediləcək”.
Qeyd edilib ki, qazanxanaya ciddi ziyan dəyməyib və hazırda məktəbdə dərslər normal qaydada davam edir.
Etiketlər
Oxşar xəbərlər

Dəməşqdə iki güclü partlayış oldu
Bugun.az

SON DƏQİQƏ: Azərbaycanda güclü partlayış, 1 nəfər...
Son Xeberler

SON DƏQİQƏ: Bakıda güclü partlayış - Xəsarət alan...
Son Xeberler

İraqda partlayış olub, 3 qadın ölüb, 3 polis yaral...
Son Xeberler

Terrorçunun ələ keçirdiyi avtobusda partlayış oldu...
Son Xeberler

Pakistanda mədrəsədə partlayış -
Son Xeberler