Bakıda “pampers” geyindirilən quzu ilə gəzən gəncləri polis niyə saxlayıb? - RƏSMİ AÇIQLAMA
Ötən gün Bakının Nizami küçəsində quzu gəzdirən vətəndaşın polislər tərəfindən bölməyə aparılması ilə bağlı görüntülər yayılıb.
Bu məsələ sosial şəbəkələrdə müzakirələrə yol açıb. "Vətəndaş küçədə it gəzdirə bilər, amma quzu yox" kimi fikirlər qeyd olunur.
Aktuallığı nəzərə alaraq quzu məsələsinə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.
Qurumun mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov baku.ws-ə bildirdi ki, əslində polislər həmin gəncləri quzu ilə birlikdə tutmayıblar.
“Polislər sadəcə olaraq həmin gənclərlə birlikdə quzunu da maşına mindirib, ərazidən uzaqlaşdırıblar. Gənclərlə profilaktik söhbətlər aparıldıqdan sonra onları sərbəst buraxıblar.
Qeyd edim ki, pandemiya dövrüdür, uşaq bezi geyindirilən quzu yoldan ötənlərin marağına səbəb olur. Camaat bir yerə toplaşır. Bu da pandemiya qaydalarının pozulmasına səbəb olub”, - deyə Ehsan Zahidov bildirib.
Oxşar xəbərlər
Polis Bakıda əməliyyat keçirdi:
Son Xeberler
Bakıda polis qaçan şəxsə atəş açdı – Film kimi had...
Son Xeberler
Bakıda karantin postları niyə yığışdırılıb?-
Son Xeberler
Apple Gəncləri Necə Özünə Bağlayır?
Texnologiya xəbərləri
Bakıda silahlı şəxs saxlanıldı
Son Xeberler
Mixail Saakaşvili Kiyevdə hücuma məruz qaldı
Son Xeberler