Bakıda qayınata kürəkənini qətlə yetirdi
Dekabrın 13-də səhər saatlarında Xəzər rayonu ərazisində 1985-ci il təvəllüdlü Rəşad Məmmədovun aldığı bədən xəsarətləri nəticəsində ölməsi barədə Xəzər rayon prokurorluğuna məlumat daxil olub.
Xəzər rayon Prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
İstintaqla hadisənin zərərçəkmişin qaynatası, 1962-ci il təvəllüdlü Azər Cəfərovun aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı odlu silahdan atəş açaraq Rəşad Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Azər Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Azərbaycanda DƏHŞƏT: Kişi arvadını yatdığı yerdə q...
Son Xeberler
Bakıda gəlinini doğrayan qayınata haqqında GÖRÜN N...
Son Xeberler
Terrorçular 70 fermeri qətlə yetirdi
Son Xeberler
Bakıda polkovnik qətlə yetirildi
Son Xeberler
"Lotu Quli"nin qohumu Bakıda həbs edildi!
Son Xeberler
Bakıda meyiti tikə-tikə doğranan qadının TOY
Son Xeberler