Bakıda su kəmərində qəza: Bu rayonlarda su olmayacaq - SİYAHI

17.07.2020 12:45 861 baxış sayı 1 dəq. oxuma
Bakıda su kəmərində qəza: Bu rayonlarda su olmayacaq -

Bakıda su kəmərində qəza baş verib.

Bu barədə "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib. Məlumatda bildirilir ki, Bakı şəhərinin mərkəzi hissəsini qidalandıran magistral su kəmərində (Sulutəpə qəsəbəsi ərazisindən keçən hissəsində) baş vermiş qəza ilə əlaqədar Səbail, Yasamal, Nəsimi və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində 18 iyul 2020-ci il səhər saatlarına qədər məhdudiyyətlər olacaq.

"Azərsu" ASC-nin qəza briqadaları, xüsusi texnikası əraziyə cəlb edilib və qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: