Bakıda sükan arxasında yuxulayan sürücü dəhşətli qəzaya səbəb oldu - FOTO

04.02.2021 06:35 455 baxış sayı 3 dəq. oxuma
Bakıda sükan arxasında yuxulayan sürücü dəhşətli qəzaya səbəb oldu -

Bakının Nəsimi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Hadisə Ziya Bünyadov prospektinin Nəsimi rayonu ərazisinə düşən hissəsində baş verib.

1990-cı il təvəllüdlü Allahverdiyev Elkin Famil oğlu idarə etdiyi “Mercedes” markalı avtomobildə qəfil sükana nəzarəti itirib. Avtomobil beton yol ayrıcına çırpılıb. Sürücü E.Allahverdiyev ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Həkimlər ona sağ baldır sümüyünün sınığı və qapalı kəllə-beyin travması diaqnozu qoyub.

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin və Yol Patrul xidmətinin əməkdaşları cəlb edilib. Ziya Bünyadov prospektinin “20 yanvar” dairəsi istiqamətində tıxac yaranıb.

Nəsimi RPİ-dən verilən məlumata görə, hadisəyə səbəb sürücünün sükan arxasında yuxulaması olub.

 
 
A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: