20.09.2020 09:45
6
abunə
331
Bakıda top mərmisi aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda sursat aşkar edilməsi barədə məlumat daxil olub.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri qeyd olunan əraziyə cəlb olunub.

XRXX-nın mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirib. Aşkar olunan sursata baxış zamanı müəyyən olub ki, bu, döyüş tətbiqinə yararsız olan 1 ədəd 115 mm-lik BM-6 top mərmisidir. Mərmi ANAMA-nın mütəxəssisləri tərəfindən götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Sursatın tapıldığı əraziyə baxış zamanı digər şübhəli əşya aşkar edilməyib.

Etiketlər:

Daxil olun


x
This website is using cookies. More info. That's Fine