
Bakıda üzərində "Kalaşnikov" gəzdirən şəxs saxlanıldı - FOTO

Polis əməkdaşları tərəfindən qanunsuz olaraq üzərlərində və yaşayış sahələrində odlu silah-sursat saxlayan şəxslərə qarşı əməliyyatlar davam etdirilir.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, sonuncu belə tədbir Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib. Nəticədə üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilinən, əvvəllər məhkum edilmiş vətəndaş Raqil Bayramov saxlanılıb.
Polis Şöbəsində onun əlindəki idman çantasına baxış zamanı 1 ədəd "Kalaşnikov" konstruksiyalı avtomat silah, 19 ədəd patron və daraq aşkar edilərək götürülüb.
Raqil Bayramov barəsində 19-cu Polis Şöbəsində toplanan materiallar cinayət işinin başlanılması üçün Nəsimi Rayon Polis İdarəsinə göndərilib.
Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər

Bakıda silahlı şəxs saxlanıldı
Son Xeberler

3 illik axtarışdan sonra Ankarada saxlanıldı -
Son Xeberler

Saxta Pul ilə Benzin Almağa Cəhd Edən Şəxs Saxlanı...
Son Xeberler

Bakıda iki silahlı şəxs saxlanıldı -
Son Xeberler

20 Yanvar günü Bakıda havaya fişəng atan şəxs saxl...
Son Xeberler

Bakıda toy sahibi və 60 qonağı saxlanıldı
Son Xeberler