Bakının bu ərazisində koronavirusa yoluxma rekord həddədir - RƏSMİ

22.07.2020 07:56 715 baxış sayı 2 dəq. oxuma
Bakının bu ərazisində koronavirusa yoluxma rekord həddədir -

Ümumi yoluxanların 56 faizinin cəmləşdiyi Bakının özündə xəstələrin sayına görə ilk üçlükdə yenə də Binəqədi, Xətai və Yasamal rayonlarıdır

Paytaxt üzrə yoluxanların 13 faizi Binəqədi, 12 faizi Xətai, 12 faizi Yasamalda qeydə alınıb.

Sonrakı yerlərdə 11,9 faizlə Sabunçu, 9,9 faizlə Nəsimi, 8,5 faizlə Nərimanov, 8,4 faizlə Suraxanı, 7,8 faizlə Nizami, 7 faizlə Qaradağ, 4,6 faizlə Səbail, 4,5 faizlə Xəzər, 0,3 faizlə Pirallahı rayonu qərarlaşıb.

Qeyd edək ki, son statsitikaya görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 352 yeni yoluxma faktı qeydə alınıb, 449 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat e

Tibb müxbiri

Tibb və səhiyyə xəbərləri üzrə ixtisaslaşmışam. Tibb bacısı kimi işlədikdən sonra jurnalistikaya keçdim.

Bütün məqalələrə baxın
Paylaş: