Son Xeberler
8 abunə
Bakıya giriş-çıxış yanvarın 25-dək bağlı olacaq
16.01.2021 06:52
342 baxış sayı
2 dəq. oxuma
2021-ci il 18 yanvar saat 00:00-dan 25 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinin ərazilərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxışa Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada müvafiq təşkilatların əməkdaşlarına xidməti vəsiqə, ezamiyyə vərəqəsi, diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşlarına isə müvafiq akkreditasiya kartları əsasında, habelə Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilən digər şəxslərin qeyd olunan ərazilərə giriş-çıxışına həmin şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə "icazə.e-gov.az” portalına daxil edildikdən sonra ezamiyyə vərəqəsi əsasında icazə veriləcəkdir.
Bu barədə Operativ Qərargah məlumat yayıb.
Bildirilir ki, yaxın qohumunun dəfnində iştirakla əlaqədar Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron rayonu, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzləri (kənd və qəsəbələr istisna olmaqla) arasında və onların hüdudlarından kənara hər bir şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin "102” Xidməti – Zəng Mərkəzi vasitəsilə alınmış icazə əsasında hərəkət edə bilər.
Oxşar xəbərlər
Bu kəndlərə də giriş-çıxış dayandırıldı
Son Xeberler
628
14/10 18:26
2 şəhər və 5 kəndə giriş-çıxış dayandırılır -
Son Xeberler
1,250
13/10 15:22
İşğaldan azad olunmuş ərazilərdə giriş-çıxış belə...
Son Xeberler
540
29/10 14:21
Sabahdan bu şəhər və rayonlara da giriş-çıxış daya...
Son Xeberler
845
28/10 13:06
Bakıdan rayonlara gediş-gəlişlə bağlı YENİ QƏRAR -...
Son Xeberler
1,503
03/08 12:57
COP29: Rayonlardan Bakıya giriş məhdudlaşacaqmı?
Xəbər Anı
66
01/11 11:16