Balidə maska taxmayanlar belə cəzalandırılır -VİDEO

29.01.2021 05:17 789 baxış sayı 2 dəq. oxuma
Balidə maska taxmayanlar belə cəzalandırılır -VİDEO

İndoneziyanın məşhur Bali adasında karantin qaydalarını pozaraq maska taxmayan turistlərə yeni cərimə tətbiq olunub.

Polislər əvvəllər onları müvafiq məbləğdə cərimə edirdilər. Hazırda isə maska taxmayan turistlər ya küçəni süpürməli, ya da ki 25 dəfə sıxma hərəkəti etməlidirlər.

Polisin əmrinə tabe olmayan və onlara müqavimət göstərən turistlərə isə 8 dollar məbləğində cərimə yazılır.

Qeyd edək ki, bu ay Balidə 1 həftə ərzində 8864 nəfər turist maska taxmamışdı.

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: