
Banklar dollar dəyişməyə məhdudiyyət qoyub? - AÇIQLAMA

Son günlərdə banklar tərəfindən Mərkəzi Bankının yeni tələbləri çərçivəsində xarici valyuta əməliyyatlarının həyata keçirilməsi üzrə yeni məhdudiyyətlərin tətbiq edilməsi barədə məlumatlar yayılıb.
Azərbaycan Banklar Assosiasiyasından verilən məlumata görə, banklar tərəfindən hazırkı dövrdə xarici valyuta üzrə mübadilə əməliyyatlarının həyata keçirilməsi ilə əlaqədar hər hansı bir yeni qayda tətbiq edilmir və bununla bağlı banklara yeni prosedurların müəyyən edilməsi ilə əlaqədar Mərkəzi Bankdan sənəd daxil olmayıb:
"Hazırda ölkəmizdə həyata keçirilən kölgə iqtisadiyyatına qarşı mübarizə, şəffaflığın təmin edilməsi tədbirləri çərçivəsində banklar mövcud qanunvericliklə onlara həvalə edilmiş vəzifələrini tam həcmdə həyata keçirilməsini təmin edirlər. Vətəndaşlarımız Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş karantin rejiminin tələblərinə əməl etməklə istənilən bankda valyuta mübadiləsi əməliyyatlarını mövcud qanunvericiliyin tələbləri çərçivəsində, heç bir əlavə məhdudiyyət və maneə olmadan tam həcmdə həyata keçirə bilərlər".
ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...
Bütün məqalələrə baxınOxşar xəbərlər

Şəhid və yaralananların kreditləri silindi -
Son Xeberler

Bu məhdudiyyət aradan qaldırılır -
Son Xeberler

İnternetə qoyulan məhdudiyyət bitdi!
Son Xeberler

Azərbaycanın ən çox investisiya qoyduğu ölkələr aç...
Bugun.az

Azərbaycan nefti bahalaşıb
Son Xeberler

Türkiyədə dollar tarixi rekord qırdı
Bugun.az


