🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
7 abunə
Son Xeberler
Son Xeberler
6 abunə
Anar Türkeş
Anar Türkeş
5 abunə
Fly.az
Fly.az
4 abunə

Baş epidemioloqdan koronavirusdan ölən həkimlərlə bağlı açıqlama

19.06.2020 09:49 523 baxış sayı 2 dəq. oxuma
Baş epidemioloqdan koronavirusdan ölən həkimlərlə bağlı açıqlama

“Yoluxucu xəstəlikləri evdə müalicə etmək olmaz. Belə olan halda mütləq həkimə müraciət etmək lazımdır. Bunun da koronavirusla əlaqəsi yoxdur. Bütün hallarda yoluxucu xəstəliklər təhlükəlidir”.

Bunu Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev deyib.

O Yeni TV-yə müsahibəsində bildirib ki, tənəffüs yolu xəstəliklərində pnevmaniyanın yaranmasına insanlar özləri səbəb olurlar: “Vaxtında həkimə müraciət etməyəndə ağırlaşma baş verir və nəticədə ağciyərlər sıradan çıxır”.

İ.Ağayev vurğulayıb ki, ölkədə koronavirusa yoluxan və vəfat edən tibb işçiləri də var: “Bu gün tibb müəssisələrində müasir tələblərə cavab verən qoruyucu vasitələr kifayət qədərdir və tibb işçiləri arasında bu virusa yoluxan olubsa, bu, onun səhlənkarlığı ucbatından baş verib. Çünki bu vasitələrlə yoluxma ehtimalı çox azdır”.

Paylaş: