
Baş nazir gürcü həmkarı ilə telefonla danışdı

Bu gün Azərbaycanın Baş naziri Əli Əsədov ilə Gürcüstanın Baş naziri Giorgi Qaxariya arasında telefon danışığı olub.
Nazirlər Kabinetindən bildirilib ki, Baş nazir Əli Əsədov Giorgi Qaxariyanı Gürcüstanın Baş naziri vəzifəsinə yenidən təyin edilməsi, həmçinin keçən ay ölkəsində keçirilmiş parlament seçkilərində “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının qalib gəlməsi münasibətilə təbrik edib.
Telefon söhbəti zamanı Azərbaycan-Gürcüstan münasibətlərinin yüksək səviyyəsinin iki ölkənin qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirmək, strateji tərəfdaşlığı dərinləşdirmək istəyini əks etdirdiyi vurğulanıb.
Azərbaycan və Gürcüstan xalqlarının rifahı naminə bütün sahələrdə səmərəli ikitərəfli əlaqələrin birgə səylərlə daha da möhkəmlənməsinin təmin ediləcəyinə əminlik ifadə olunub.
Oxşar xəbərlər

Ceyhun Bayramov Çavuşoğlu ilə telefonda danışdı
Son Xeberler

Ceyhun Bayramov iranlı həmkarı ilə telefonla danış...
Son Xeberler

Lavrov azərbaycanlı və erməni həmkarı ilə telefonl...
Son Xeberler

Ceyhun Bayramov həmkarı ilə telefonla danışdı
Son Xeberler

Azərbaycan və Türkiyə XİN başçıları telefonla danı...
Son Xeberler

Çavuşoğlu britaniyalı həmkarı ilə Qarabağdan danış...
Son Xeberler