
Baş Nazir iclas keçirdi - TƏCİLİ

Bu gün Azərbaycan Respublikasının Baş Naziri, Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.
Nazirlər Kabinetindən bildirilib ki, iclasda AİH-nin Müşahidə Şurasının və İdarə Heyətinin üzvləri iştirak ediblər.
İclasda Azərbaycan Respublikasının Prezidentinin 07 avqust 2020-ci il tarixli Fərmanından irəli gələn tapşırıqlar ətraflı müzakirə olunub.
Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təşkil olunması istiqamətində görülmüş işlər barədə hesabat dinlənilib.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 07 avqust tarixli 1120 nömrəli Fərmanının 5.2-ci bəndinə əsasən Holdinqin idarəetməsinə veriləcək dövlət müəssisələri ilə bağlı təkliflər müzakirə olunub.
AİH-nin fəaliyyət prinsipləri və dövlət üçün iqtisadi dəyərin yaradılması mövzusunda təqdimat dinlənilib və müzakirələr aparılıb.
Etiketlər
Oxşar xəbərlər

Operativ Qərərgah təcili iclas keçirdi -
Son Xeberler

Əfv Komissiyası iclas keçirdi - SON DƏQİQƏ
Son Xeberler

Paşinyan TƏCİLİ İCLAS KEÇİRDİ: Separatçı ordu Qara...
Son Xeberler

Ermənistanda Zəngəzur TƏLAŞI: Paşinyan xüsusi icla...
Son Xeberler

SON DƏQİQƏ! Putin Qarabağla bağlı iclas keçirdi -...
Son Xeberler

Ermənistanın üzv olduğu hərbi blok təcili
Son Xeberler