Baş Nazirdən Qərar SON DƏQİQƏ

28.07.2020 13:53 627 baxış sayı 2 dəq. oxuma
Baş Nazirdən Qərar

“Riskli vergi ödəyicisinin, o cümlədən, riskli əməliyyatların Meyarları” təsdiqlənib.

Oxu.Az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu meyarlar Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanıb. Riskli vergi ödəyicisinin, o cümlədən, riskli əməliyyatların meyarlarını müəyyən edir.

Vergi Məcəlləsinin13.2.82-ci maddəsi riskli vergi ödəyicisi ilə bağlıdır.

Bildirilir ki, riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən, əmtəəsiz və riskli əməliyyatlar aparan şəxsdir.

Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qəbul edilir.

Baş nazirin qərarında riskli vergi ödəyicisinin və riskli əməliyyatların meyarları da göstərilib.

 
A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: