Baş Prokurorluq Bərdəyə atılan raketlə bağlı məlumat yaydı
Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, bu gün günorta saatlarından başlayaraq düşmənin silahlı birləşmələri tərəfindən Goranboy və Bərdə rayonları müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.
Erməni silahlı qüvvələri tərəfindən saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulması nəticəsində dinc sakinlər Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olmuş, 7 nəfər isə xəsarət alıb.
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.
Oxşar xəbərlər
Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı
Son Xeberler
Bərdəyə raketin düşdüyü an -
Son Xeberler
Baş Prokurorluq və DİN-in vəzifəli şəxsləri Bərdəy...
Son Xeberler
Bərdəyə raket atılması nəticəsində 14 nəfər ölüb
Son Xeberler
Səkkiz prokurorluq işçisi vəzifədən azad edildi -
Son Xeberler
“Ermənistanla sivil dünya arasında böyük uçurum va...
Son Xeberler