🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

"Baş Qanxoya" Mahir Əsədin Sirli Həyatı

11.12.2024 14:47 9 baxış sayı 2 dəq. oxuma
"Baş Qanxoya" Mahir Əsədin Sirli Həyatı

Suriyanın 61 illik Baas rejiminin süqutu və Əsəd ailəsinin hakimiyyətdən uzaqlaşdırılmasından sonra, devrilmiş lider Bəşər Əsədin qardaşı, general-mayor Mahir Əsədin Şamdakı evinin görüntüləri yayılıb. Ev, nəhəng bir tunel kompleksini özündə gizlədirdi. Müxaliflər evi araşdırarkən, jurnalistlər isə bu gizli tuneli lentə alıblar.


Müxaliflər onu "Baş Qanxoya" adlandırırdılar. Bəşər Əsəd qədər amansız olan Mahir Əsəd, həyatını gözlərdən uzaqda yaşayırdı. Bu da onun həyatı və törətdiyi qanlı əməlləri haqqında şayiələrə səbəb olub. Bəşər Əsədin 1970-ci il təvəllüdlü kiçik qardaşı olan Mahir, ən azı ağabeyi qədər qanxoy və amansızlığı ilə tanınırdı.


BMT və Avropa İttifaqının sanksiyalar siyahısında yer alan Mahir Əsəd, Suriyanın hərbi kəşfiyyatı ilə yanaşı, ölkənin təhlükəsizlik qüvvələrinin əsasını təşkil edən Suriyanın 4-cü Zirehli Diviziyasının komandiri vəzifəsini icra edirdi. Mahir Əsəd, həm vətəndaş müharibəsindən əvvəl, həm də sonra Suriyanın bir çox yerində baş vermiş qırğınların əsas məsuli olduğu düşünülürdü.


Prezident Erdoğan 2011-ci ildə Daily Telegraph qəzetində dərc olunan bir xəbərdə Mahir Əsədin amansızlığı səbəbindən vəzifəsindən azad edilməsini istəmişdi. Xəbərdə Erdoğanın Bəşər Əsəddən "böyük nifrət doğuran qardaşı Mahir Əsədi dərhal ordudakı vəzifəsindən azad etməsini" tələb etdiyi bildirilirdi.


Digər tərəfdən, Mahir Əsədin həyat yoldaşı Manal Əsəd sosial media hesabında Suriyanın yeni bayrağını paylaşaraq "Ailə və vətən satqınlarına baxmayaraq, sağ olsun azad və qürurlu Suriye!" yazmışdı. Bəşər Əsədin ailəsi ilə birlikdə Moskvaya qaçdığı bildirilsə də, Mahir Əsədin harada olduğu barədə dəqiq məlumat yoxdur.


Paylaş: