
Bayden Corciyada liderdir

Demokratlar partiyasından prezidentliyə namizəd Cozef Bayden Corciya ştatında bülletenlərin 99 faizinin hesablanmasından sonra liderlik edir.
Bu barədə “Fox News” telekanalı məlumat verib.
Bildirilir ki, Baydenə 2 milyon 449 min 371, rəqibi və hazırkı Prezident Donald Trampa isə 2 milyon 448 min 454 insan səs verib. Bununla da demokrat namizəd 917 səslə irəlidədir.
Qeyd edək ki, 5 noyabrda Tramp təxminən 5 min səs üstünlüyünə sahib idi, lakin sonra tədricən azalmağa başladı. Yenilənmiş məlumatların dərcindən əvvəl təxminən 600 səs var idi.
Telekanalın proqnozuna görə, Corciyada qələbə qazanacağı təqdirdə, Bayden ABŞ prezidenti seçilmək üçün lazım olan 270 seçici səsini qazanacaq. İndiyə qədər kanalın hesablamalarına görə, Bayden Trampın 214 səsinə qarşı ümumilikdə 264 səs toplayıb.
Oxşar xəbərlər

Bayden Miçiqanda Trampı geridə qoydu
Son Xeberler

Co Bayden ABŞ prezidenti seçilib -
Son Xeberler

Bayden Cen Psakini vəzifəyə gətirir
Son Xeberler

Co Bayden rəsmən Trampa rəqib oldu
Son Xeberler

Bayden rekord 74 milyon səs qazanıb
Son Xeberler

Baydenin lider olduğu ştatda səslər yenidən hesabl...
Son Xeberler