🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Bayram Nurlu karantin rejimini pozduğu üçün cərimələnib Video

02.07.2020 11:20 698 baxış sayı 2 dəq. oxuma
Bayram Nurlu karantin rejimini pozduğu üçün cərimələnib

Sosial şəbəkələrdə “Bayram Nurlu” kimi tanınan, Qax rayonunun Tasmalı kənd sakini Bayraməli Musayevin Qəbələ rayonundakı istirahət mərkəzlərindən birində tibbi maskadan istifadə etmədən və sosial məsafə saxlamadan xüsusi karantin rejiminin tələblərini pozaraq rəqs etməsini əks etdirən görüntülər yayımlanıb.

Bununla əlaqədar Bayraməli Musayev Polis Şöbəsinə dəvət edilərək barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək 100 manat məbləğində cərimə edilib.

O, törətdiyi inzibati xətanı etiraf edib və bu hərəkətindən peşman olduğunu bildirib.

Paylaş: