“BBC”nin Gəncədə ailəsini itirən 3 yaşlı Xədicə ilə bağlı reportajı - VİDEO
“BBC” telekanalı Ermənistan silahlı qüvvələrinin 17 oktyabr gecə 01 radələrində Gəncəyə raket zərbələri endirməsi nəticəsində valideynlərini itirən 3 yaşlı Xədicə haqqında reportaj hazırlayıb.
Videoreportajda qeyd olunub ki, 3 yaşlı Xədicənin anası, atası və bacısı erməni qüvvələri tərəfindən evlərinə atılan raket zərbəsi nəticəsində həlak olub.
Telekanal Xədicənin digər ailə üzvlərindən (anasının valideynlərindən) müsahibə alıb.
“Deyəcək ki, baba, get anamı gətir, necə gedib gətirim?!
Tələsik maşınla getdim ki, görüm nə məsələdir? Necə getdim bilmirəm. Qapıya çatanda gördüm yox, dünya dağılıb. Nə darvaza, nə qapı, nə ev var. Soruşdum, içəridəkilər salamatdırmı? Dedilər, hə, burada ölüm olmayıb. Mən başa düşürəm, təskinlik vermək üçün elə dedilər, biz qorxmayaq deyə. Bütün xəstəxanaları gəzdik. Heç yerdə tapmadıq. Mənim hələ də ümidim var idi, ancaq onlar heç yerdə yox idilər, sonra biz morqları yoxladıq. Xəbər gəldi ki, mən ora gedəndə onlar orada imiş hələ, uçqunun altında qalıblarmış”,- deyə Xədicənin babası qeyd edib.
Qeyd olunub ki, Xədicənin anası evin yaxınlığında yerləşən uşaq bağçasında işləyirdi. Cütlük 5 il idi ki, evli idi.
“Onun arzuları var idi. Çox arzuları var idi balamın. Arzusuna çata bilmədi balam”,- deyə Xədicənin nənəsi bildirib.
Bundan əlavə, bildirilib ki, partlayış nəticəsində Xədicənin gözünə toz dolub. Bu səbəbdən o, 3 gün gözünü aça bilməyib.
Oxşar xəbərlər
YAP Gəncədə valideynlərini itirən uşaqlara təqaüd...
Son Xeberler
Gəncədə 44 Yaşlı Kişinin Qətli: Borc Üstündə Dava
Bugun.az
Gəncədə 90 Yaşlı Piyada Avtomobil Tərəfindən Həlak...
Bugun.az
Gəncədə 37 yaşlı kişi bıçaqlandı
Son Xeberler
Əməkdar Artistin Qızı Xəstəxanaya Yerləşdirildi
Bugun.az
Raufla birgə daha 2 nəfər zəhərlənibmiş
Bugun.az