Belarusun paytaxtı Minskdə etirazlar zamanı bir nəfər ölüb.
Bu barədə belarusluların hüquqlarını müdafiə mərkəzi “Vesna”nın nümayəndəsi Valentina Stefanoviç deyib.
Onun sözlərinə görə, bu hadisə xususi nəqliyyat vasitəsinin etirazçıların üstünə sürülməsi zamanı baş verib:
“Üç nəfər ciddi xəsarət alıb, bir nəfər isə kəllə-beyin travması nəticəsində ölüb”.