Bələdiyyə sədrinin meyitinin tapılması ilə bağlı RƏSMİ AÇIQLAMA
"Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə İsmayıllı rayonu İvanovka kəndi ərazisində Göyçay rayonu, Bəydövül kənd Bələdiyyəsinin sədri, 1987-ci il təvəllüdlü Yusifov Ramil Ramiz oğlunun meyitinin aşkar edilməsi barədə məlumatlar yayılıb".
Bu barədə İsmayıllı Rayon Prokurorluğundan bildirilib.
"Bununla bağlı bildiririk ki, yanvarın 6-ı saat 14 radələrində Ramil Yusifovun meyitinin İvanovka kəndi ərazisində aşkar edilməsi barədə İsmayıllı rayon Prokurorluğuna məlumat daxil olub. Cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və zəruri olan digər prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda ölümün səbəbinin müəyyən edilməsi və hadisənin təfərrüatlarının aydınlaşdırılması məqsədi ilə İsmayıllı Rayon Prokurorluğunda araşdırma aparılır. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir", prokurorluqdan bildirilib.
Oxşar xəbərlər
Seçkilərin vaxtı açıqlandı
Xəbər Anı
Yeni seçiləcək bələdiyyə üzvlərinin sayı məlum old...
Bugun.az
YAP seçki ilə bağlı iclas keçirdi
Bugun.az
SON DƏQİQƏ:İcra hakimiyyətində ƏMƏLİYYAT -
Son Xeberler
Bələdiyyə sədri işçisini zorladı
Xəbər Anı
Bələdiyyə seçkilərinə xaricdən müşahidəçi dəvət ed...
Bugun.az