Bərbərxana və gözəllik salonları bu tarixdən açılır

16.01.2021 06:57 549 baxış sayı 1 dəq. oxuma
Bərbərxana və gözəllik salonları bu tarixdən açılır
Bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlərin fəaliyyəti bərpa edilir. 
 
Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın məlumat yayıb.
 
Qərara əsasən, bu xidmət sahələrində fəaliyyət 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən mümkün olacaq. 
 
Bundan başqa, ticarət obyektlərinin (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, "Mall”ların fəaliyyəti istisna olmaqla), muzey və sərgi zallarının fəaliyyəti də bərpa edilir. 
A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: