
Bərdədə COVİD 19-a qarşı mübarizə tədbirləri davam etdirilir

Bərdə rayonunda (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə kompleks tədbirlər görülməsinin davam etdirilməsi üçün rayon İcra hakimiyyətində bu gün Operativ Qərərgahın növbəti iclası keçirilib.
Iclasda Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev İdarə, müəssisə, təşkilatlarda, xidmət obyektlərində, sərnişin nəqliyyatında ən çox təmasda olunan yerlərin, ictimai iaşə obyektlərində, Bankomatlar və “Milli ÖN” ödəmə vasitələrinin yerləşdiyi yerlərdə vaxtaşırı hər bir istifadədən sonra təmasda olan hissələrin antibakterial vasitələrlə dezinfeksiya edilməsi, sosial məsafənin gözlənilməsi, tibbi maskadan və digər dezinfeksiya edici materiallardan istifadə qaydalarına ciddi əməl olunması, rayon ərazisində monitorinqlərin daha ciddi davam etdirilməsini tapşırılıb.
Bunlarla birlikdə xəstələrin izolyasiyası məsələlərinin daima diqqətdə saxlanılmasına diqqət çəkilmiş, evdə müalicə olunan xəstələrin evlərini tərk etməmələri, onların digər şəxslərlə əlaqələrinin kəsilməsi üçün lazımi tədbirlərin davam etdirilməsi qarşıya vəzifə kimi qoyulub. Bu istiqamətdə təbliğat və təşviqat işlərinin gücləndirilməsi barədə aidiyyatı şəxslərə tapşırıqlar verilib.
Oxşar xəbərlər

Türkiyədə vaksinasiyadan keçənlərin sayı 3 milyonu...
Son Xeberler

Bərdədə yasda zəhərlənənlərin son durumuAÇIQLANDI
Bugun.az

Ermənistanda fövqəladə vəziyyət uzadıldı
Son Xeberler

SON DƏQİQƏ! Daha bir vəzifəli şəxs həbs edildi -
Son Xeberler

Azərbaycanda 108 yaşlı qadın COVID-19-a qarşı peyv...
Son Xeberler

Bərdədə koronavirus xəstəsi barədə cinayət işi baş...
Son Xeberler