Son Xeberler
9 abunə
Beş günlük mühasirədən sağ çıxan qazi Natiq Hacıyev - VİDEO
23.12.2020 14:40
463 baxış sayı
3 dəq. oxuma
Birinci yaralandığım zaman atama zəng etdim və dedim ki, anama demə. Üstündən yarım saat keçmədi ki, anam zəng vurdu. Soruşdu ki, nə olub, hardasan?”
Bu sözləri beş günlük müharisədən sağ çıxan qazi Natiq Hacıyev ARB-nin "44 GÜNƏ ZƏFƏR” adlı rubrikasına müsahibəsi zamanı bildirib.
N.Hacıyev qeyd edib ki, qarşıda bir məqsəd vardı, nə olursa olsun biz o torpaqları almalıyıq:
"Danışmaq çətindir. Yanında döyüş qardaşını itirmək çox ağırdır. Bir-birimizə vəsiyyət etmişdik ki, nə olursa olsun, heç kim arxada qalmasın. Axırıncı əsgərimiz olsa belə onu götürüb çıxarmalı idik. Şuşanı azad edəndə orada vurulmuşam”.
Anası Hacıyeva Cəmilə deyir ki, hər şeyi ürəyimlə hiss edirdim:
"Bir ana üçün o səhnəni görmək... Allah heç bir valideynə göstərməsin. Həyətdə söhbət edirdik. Dedim ki, Natiq ya şəhid oldu, ya da yaralandı. Dedilər niyə belə deyirsən? Ürəyimdə hiss edirdim. Şuşa alınana qədər mən ağlamadım, Şuşa alınanda ağladım. İstərdim ki, Natiq Şuşadan mənə şəkil göndərsin. Çox təəssüf ki, oğlum Şuşa istiqamətindəki döyüşlərdə yaralandı”.
Daha ətraflı süjeti təqdim edirik:
Etiketlər
Oxşar xəbərlər
45 gün komada qalan Vətən müharibəsi qazisi şəhid...
Son Xeberler
579
26/12 14:21
Yaralı 10 qazi Türkiyədə müalicə olunacaq
Son Xeberler
508
01/03 13:42
Nazir Milli Qəhrəman Natiq Qasımov adına Mingəçevi...
Bugun.az
11
06/12 15:25
"Həkimə yalvardım ki, iynə vur ölüm"-
Son Xeberler
692
16/01 07:07
Bakıda dilənçilik edən "qazi" tutuldu -
Son Xeberler
451
08/02 11:23
Qazi Elçin Səmədov danışdı:
Son Xeberler
691
03/12 09:41