Bill Qeyts: "Yaxın aylarda pandemiya daha da artacaq"
Koronavirusa qarşı peyvənd işlərinə artıq başlanmasına baxmayaraq, qarşıdakı aylarda pandemiya daha da arta bilər.
Bu barədə “Microsoft” şirkətinin banilərindən biri, tanınmış iş adamı və xeyriyyəçi Bill Qeyts (Bill Gates) şəxsi bloqundan bildirib.
Pandemiyanın artması barədə bəhs edərkən B.Qeytsin istinad etdiyi kompüter modelləri gələn ay dünyada vəziyyətin kəskinləşəcəyini göstərir. Bununla belə, qoruyucu maska taxmaq və sosial məsafə gözləməyin koronavirusa qarşı səmərəli vasitə olduğunu xatırladan iş adamı bütövlükdə 2021-ci il ərzində yoluxma və ölüm hallarının tədricən azalacağı, həyatın adi məcrasına qayıdacağı qənaətindədir. Bu nikbinliyini B.Qeyts müxtəlif ölkələrdəki peyvəndləmə tədbirlərinin yazda ümumdünya miqyası alacağına dair proqnozlarla əsaslandırıb.
Digər tərəfdən peyvənddən boyun qaçıranların çoxalmasına da münasibət bildirən amerikalı iş adamı elmin qüdrətinə qarşı bu cür etinasızlığı başa düşmədiyini vurğulayıb.
Etiketlər
Oxşar xəbərlər
Bill Qeyts Kamala Harrisə 50 Milyon Dollarlıq Dəst...
Bugun.az
Bill Qeyts koronavirusun bitəcəyi tarixi açıqladı
Son Xeberler
Bəşəriyyəti yeni qlobal təhlükə gözləyir - Bill Qe...
Son Xeberler
Koronavirusun qarşısını almağın yolu budur - Bil Q...
Son Xeberler
Bill Qeyts pandemiyanın bitəcəyi tarixi
Son Xeberler
Bill Qeytsdən yeni pandemiya mesajı:
Son Xeberler