"Bir millət olaraq kabus yaşayırıq"- Nikol Paşinyan
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün xalqa videomüraciət edib.
O müharibənin yaratdığı ağır durum barədə və digər ictimai-siyasi proseslərdən danışıb. Paşinyan müraciətinin girişində deyib:
“Əziz xalqım, əziz həmvətənlər! Artıq İkinci Qarabağ müharibəsinin dayandırılmasından 40 gün keçir. Bu müharibənin bizim üçün ciddi nəticələri oldu. Bir çox insanlarımız döyüşlərdə öldürüldü ki, nəticədə də Ermənistanda üç günlük matəm elan olundu.
Son 84 gün, xalqımız üçün ən ağır günlərdən oldu. Bir millət olaraq kabus yaşadıq və yaşayırıq da. Bəzən xəyallarımızın, bəzən isə nikbinliyimizin uğursuz olduğu görünür. Bütün bunların nəticəsi olaraq böyük bir sual yaranıb - bundan sonra nə edəcəyik, bundan sonra necə yaşayacağıq və hədəflərimiz nə olacaq?
Əlbəttə ki, ilk gündən baş verənlərə görə bütün məsuliyyəti öz üzərimə götürmüşəm”.
Paşinyan həmçinin deyib ki, gələcəyi qurmaq üçün keçmişdə gedilən yanlış yolları təkrarlamamaq lazımdır.
Etiketlər
Oxşar xəbərlər
Üç Millət Vəkilindən Partiya Sədaqəti Bəyanatı
Son Xeberler
“Tariximizin biabırçı səhifələrindən birini yaşayı...
Son Xeberler
TƏBİB-dən həyəcan təbili
Son Xeberler
Keçmiş millət vəkilinin oğlu diri-diri yandı -
Son Xeberler
Azərbaycanda yüksək vəzifəyə
Son Xeberler
Millət vəkillərindən açıqlama:
Xəbər Anı