🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

“Bir növ adətkərdə olub”: 31-ci dəfə intihara cəhd etdi - VİDEO

25.09.2020 05:38 404 baxış sayı 2 dəq. oxuma
“Bir növ adətkərdə olub”: 31-ci dəfə intihara cəhd etdi -

Türkiyədə intihara cəhd edən şəxs polislərlə saat yarımlıq müzakirələrdən sonra fikrindən dönüb.

Məlumata görə, Konya şəhərində Mehmet H. adlı vətəndaş hündür bir yerə çıxaraq özünü atacağını deyib. Hadisə yerinə çoxlu sayda hüquq mühafizəçiləri və tibb işçiləri cəlb olunub.

33 yaşlı gənc iqtisadi vəziyyətinin çətinliyindən və ailəvi problemlərindən danışaraq ölmək istədiyini deyib. Polislərlə 1,5 saat danışıqdan sonra o, fikrindən dönüb.

Hüquq mühafizəçilərinin verdiyi məlumata görə, Mehmet H. bundan əvvəl 30 dəfə intihara cəhd edib.

Bundan başqa, onun 18 müxtəlif hadisə ilə bağlı cinayət qeydlərinin olduğu bildirilib.

Mehmet H. ifadəsi alınmaq üçün polis idarəsinə aparılıb.

 

Paylaş: