Son Xeberler
9 abunə
Birgə döyüşüb, birgə yaralanan ata-anasız qardaşlar - VİDEO
27.11.2020 08:18
414 baxış sayı
3 dəq. oxuma
Cəbhədə bir yerdə çiyin-çiyinə döyüşən 20 yaşlı İlkin və 18 yaşlı Elmin Şəbizadə qardaşlarının qəhrəmanlıqları dillərə dastan olub.
Hər iki valideynlərini itirən qardaşların döyüş bölgəsinə bir-birlərinə göstərdikləri dəstək və qayğını cəbhə dostları heyranlıqla qarşılayıb.
İlkin Şəbizadə bildirir ki, Şuşa uğrunda gedən döyüşlərdə yaralanıb. Qardaşının yarası ondan ağır olduğu üçün onu çiyninə alaraq döyüş bölgəsindən uzaqlaşıb:
"Yaralansam da, ağlım qardaşımda idi deyə heç nə hiss etmirdim. Maşına çatdıq və bizi hospitala gətirdilər. Qardaşımın ayağındakı ət sallanırdı. Çox qan itirmişdi, üşüyürdü, üzü ağappaq idi.
Bir gün qaldıq orada. Qardaşım idi, mən idim, bir də bizim üstümüzdə Allah idi. Min canım olsa, qardaşıma və əsgərlərimizə qurban verərdim. Allah şəhidlərimizə rəhmət eləsin”.
Qeyd edək ki, bir neçə dəfə əməliyyat olunan E.Şəbizadənin müalicəsi hazırda xəstəxanada davam edir.
Ətraflı AZTV-nin süjetini təqdim edirik:
Oxşar xəbərlər
Qardaşlar arasında dava faciə ilə nəticələndi:
Son Xeberler
564
14/09 05:11
Qarabağda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi...
Son Xeberler
411
27/01 06:16
"ANS" kanalı yenidən fəaliyyətə başlayır -
Son Xeberler
1,172
26/08 11:58
Xəzərdə Azərbaycan və İran Dənizçiləri Birgə Təlim...
Bugun.az
28
03/11 17:25
XİN atəşkəsə nəzarətlə bağlı məlumat yaydı
Son Xeberler
575
12/11 11:58
İordaniya Ərəb Liqasını İsrailin Qərarına Etiraz E...
Bugun.az
41
29/10 21:25