Böyük Britaniyanın viza mərkəzi fəaliyyətini bərpa edir

16.06.2020 07:32 587 baxış sayı 2 dəq. oxuma
Böyük Britaniyanın viza mərkəzi fəaliyyətini bərpa edir

Böyük Britaniyanın Viza Müraciət Mərkəzi iyunun 22-də yenidən açılacaq.


Bu barədə  Böyük Britaniyanın Azərbaycandakı səfirliyi xəbər verir.


Böyük Britaniyaya viza üçün müraciət edən ərizəçilər və pasportlarını yeniləmək istəyən bu ölkənin vətəndaşları yerli xidmətlər haqqında ən son məlumat üçün “TLS Contact” şirkətinin saytına baş çəkə bilərlər.


Böyük Britaniya pasportunu cari pasportun müddətinin bitiminə 9 ay qalmış təzələmək olar.


Xatırladaq ki, daha əvvəl Viza Mərkəzi koronavirus pandemiyası ilə əlaqədar fəaliyyətini dayandırmışdı.

V
Seçki və sorğu analitiki

Seçki prosesləri və seçici davranışı haqqında yazıram. Sosiologiya təhsili almışam, sorğular və statistika ilə işləməyi xoşlayıram.

Bütün məqalələrə baxın
Paylaş: