🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Böyük futbol klublarının sahibi olan şirkət iflas etdi

10.10.2024 00:47 85 baxış sayı 1 dəq. oxuma
Böyük futbol klublarının sahibi olan şirkət iflas etdi

777 Partners şirkətinin iflası ilə bağlı xəbər çıxdıqdan sonra, bu şirkətin sahib olduğu klublar yeni alıcı axtarmağa başlayıb.


ABŞ-da yerləşən 777 Partners, bir neçə ay öncə İngiltərə Premyer Liqasının klubu Evertonu almaq istəmişdi, lakin şirkətə qarşı olan şübhələr bu prosesi dayandırmışdı.


İtaliya mətbuatında yer alan məlumata görə, London Ali Məhkəməsinin 777 Partners şirkəti üçün iflas qərarı verilməsi ilə bu şübhələr öz təsdiqini tapdı.


777 Partners, dünyanın müxtəlif ölkələrindəki futbol klublarına sahib idi. 2015-ci ildə yaradılan bu şirkət, İtaliyada Genoa CFC, Belçikada Standard Liège, Fransada Red Star FC, Braziliyada CR Vasco da Gama və Almaniyada Hertha BSC kimi bir çox futbol klubunu satın almışdı. Həmçinin İspaniyada Sevilla FC və Avstraliyada Melbourne Victory FC klublarında azlıq səhmdarı idi.


Paylaş: