Bu 3 ölkədə virus ŞİDDƏTLƏ YAYILIR: Son bir gündə 1600 nəfər öldü
Braziliya Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saatda 541 nəfərin ölməsi ilə ölkədə koronavirusdan ölənlərin sayı 94 min 104 olub. Yoluxma sayı isə son bir gündə 25 min 800 artaraq 2 milyon 733 mini ötüb.
Təxminən 46 milyon əhalisi olan ölkənin ticarət mərkəzi San-Paulo şəhəri virusun mərkəzi hesab edilir. Şəhərdə koronavirusa 558 mindən çox yoluxma, 23 mindən çox ölüm halı qeydə alınıb.
211 milyon əhalisi olan Braziliya Latın Amerikasında koronavirusun mərkəzi halındadır.
Koronavirusun sürətlə yayıldığı ölkələrdən biri də Hindistandır. Ölkənin Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, son sutkada 771 nəfər koronavirusdan vəfat edib. Bununla da ölkədə virusdan ölənlərin sayı 38 min 135 olub. Ölkədə yoluxma halı 1 milyon 800 mini keçib. Hindistan dünyada ən çox yoluxmanın qeydə alındığı üçüncü ölkədir.
Meksikada isə son sutkada 274 nəfər virusdan ölüb. Ölkədə virusdan ölənlərin sayı 47 min 746, yoluxanların sayı isə 439 mindən çoxdur.
Mənbə: Anadolu Ajansı
Etiketlər
Oxşar xəbərlər
Bu üç ölkədə virus ŞİDDƏTLƏ YAYILIR:
Son Xeberler
Bu ölkələrdə virus ŞİDDƏTLƏ YAYILIR:
Son Xeberler
Koronavirus bu ölkələrdə ŞİDDƏTLƏ ARTIR:
Son Xeberler
Bu ölkədə koronavirusa
Son Xeberler
Bu şəxslər koronavirusa yoluxmur -
Son Xeberler
Bu ölkədə COVID-19-dan ölənlərin sayı 100 mini ötd...
Son Xeberler