🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Bu gün anamın "Artıq nəfəs ala bilmirəm" kəlməsilə oyandım - ATV-nin aparıcısı

03.07.2020 11:05 490 baxış sayı 2 dəq. oxuma
Bu gün anamın "Artıq nəfəs ala bilmirəm" kəlməsilə oyandım -

ATV kanalının aparıcısı Pərvin Əsgərlinin anası koronavirusa yoluxub.

Tanınmış aparıcı bu barədə şəxsi Facebook hesabında yazıb:

"Bu gün səhər anamın "Artıq nəfəs ala bilmirəm" kəlməsilə oyandım. Anam da COVİD-19 dan əziyyət çəkir. Neçə gündür ki, evdə müalicə etdiririk. Evdə inqalyasiya aparatı ilə yatıb-durur. Amma yenə də nəfəs almaqda əziyyət çəkir. Bu zəhrimar nəfəs onu da sınağa çəkir.

Əgər hələ də inanmayanlar varsa, lütfən inanın. Ən doğmam, anam bu dəqiqə ölüm-dirim savaşı verir. Allah onu mənə çox görməsin. Bəli, böyük əksəriyyət ayaqüstə keçirir, amma bir qisim insan ən ağır simptomlarla mübarizə aparır.

Ən yaxşı halda qalıcı fəsadlar. Ən pis halın adını dilimə belə gətirmək istəmirəm, amma istəklərin bir önəmi qalmayıb artıq. Səhhətimizə və ətrafımıza biganəliyimiz sonumuz ola bilər!"

Paylaş: