
Bu gündən Azərbaycanda daha bir QADAĞA BAŞLADI

Bu gündən Azərbaycan ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 5 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.
Qərarda bildirilir ki, virusa yoluxma dinamikasının azaldılması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 5 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilir.
Qeyd edək ki, ölkədə epidemioloji vəziyyətlə əlaqədar xüsusi karantin rejimi avqustun 1-dək uzadılıb. (baku.ws)
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Bu gündən 65 yaşdan yuxarı vətəndaşların vaksinasi...
Son Xeberler

Bu gündən bağçaların fəaliyyəti bərpa olunur
Son Xeberler

Azərbaycanda rəsmi iş günü nə vaxtdır?
Son Xeberler

Bu gündən daha bir qadağa ləğv edildi -
Son Xeberler

Azərbaycanda benzin niyə bahalaşdı? -
Son Xeberler

Azərbaycanda 2 polis koronavirusdan vəfat etdi -
Son Xeberler


