
Bu ölkədə gecə əyləncələri BƏRPA OLUNUR

Rusiya paytaxtının rəhbərliyi bu gündən etibarən iaşə müəssisələrinin, klubların, diskotekaların və digər əyləncə təşkilatlarının gecə işinə qoyulan məhdudiyyəti ləğv edib.
Bu barədə Moskva meri Sergey Sobyanin özünün bloqunda məlumat verib.
Məhdudiyyətlərin ləğv olunmasına baxmayaraq, gecə məkanlarının "Rospotrebnadzor" (Rusiya Federasiyasının İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidməti) tərəfindən təsis edilmiş sanitar-epidemioloji rejimə və müştərilərin yerləşdirilmə tələblərinə riayət etmək məcburiyyətində qaldıqları vurğulanıb.
S.Sobyaninin sözlərinə görə, fevralın 6-na qədər Təhsil və Elm Nazirliyi ilə ali məktəblərdə tədrisin yeni formatı barədə də qərar veriləcək.
Bundan başqa Moskvada işçilərin ən azı 30% -nin uzaqdan iş rejiminə keçirilməsi tələbi ləğv edilib./Oxu.az
Oxşar xəbərlər

Azərbaycanda daha bir məhdudiyyət ləğv edilir
Son Xeberler

La Liqaya derbi ilə davam - Bu gecə
İdman Xəbər

Əhalinin nəzərinə: Bu tarixdən havalar isinir
Bugun.az

Bu gündən bağçaların fəaliyyəti bərpa olunur
Son Xeberler

Daha bir ölkədə çempionatın bərpa tarixi açıqlandı
İdman Xəbər

Türkiyədə futbol oyunları bərpa edilir
İdman Xəbər