Bu serialda rol alan 4 məşhur koronavirusa yoluxdu

16.11.2020 06:47 488 baxış sayı 2 dəq. oxuma
Bu serialda rol alan 4 məşhur koronavirusa yoluxdu

Türkiyənin Star Televiziyasında yayımlanan “Ay Yapım” istehsalı “Menejerimi ara” serialının üç qəhrəmanı koronavirusa yoluxub.

Reytinqli layihənin baş qəhrəmanı Ahsen Eroğlu, ustad aktrisa Ayşenil Şamlıoğlu və Bedir Bedirin “COVID-19” test nəticələri pozitiv çıxıb.

Bundan sonra serial heyəti karantinə alınaraq test verib. Ekran işinin sonuncu bölümündə epizodik rol alan müğənni İrem Dericidə də  koronavirus aşkarlanıb. Dad və iybilmə qabiliyyətini itirən sənətçi xəstəxanaya müraciət edib, test nəticələri pozitiv çıxıb.

Baş vermiş bu hadisələrdən sonra serialın çəkilişlərinə fasilə verilib.

Evdə özünü təcrid edən sənətçi test nəticələrini sosial şəbəkədə paylaşıb.

 




L
Siyasi şərhçi

Siyasi prosesləri analiz etmək mənim işimdir. Beynəlxalq münasibətlər fakültəsini bitirdikdən sonra jurnalistikaya keçdim. Regionda baş verənləri izlə...

Bütün məqalələrə baxın
Paylaş: