Bu şəxslərə yenidən 190 manat verilir - RƏSMİ
Nazirlər Kabineti Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında qərar verib.
Qərarda deyilir:
Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş "Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası"na əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər.
Oxşar xəbərlər
Şəhid ailələrinə 11 min, qazilərə 8800 manat veril...
Son Xeberler
Bu şəxslər də 190 manat alacaq -
Son Xeberler
İşləmədiyinə görə, kimlərə pul verilir?
Xəbər Anı
İşləməyən bu şəxslərə ayda 200 manat təqaüd verilə...
Son Xeberler
190 manat yenidən veriləcək? -
Son Xeberler
190 manat iyul ayında veriləcək? -
Son Xeberler