10.09.2020 18:19
6
abunə
361
Bu uşaqların təhsil haqqını dövlət ödəyəcək

Valideynlərini itirən və valideyn himayəsindən məhrum olanlar övladlığa götürülərkən təhsil haqqını dövlət ödəyəcək

Bununla bağlı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna dəyişikliklər nəzərdə tutulur.

Bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi payız sessiyasında onlayn formatda ilk iclası keçirilib.
Komitənin sədri Hicran Hüseynova gündəlikdəki məsələlər barədə məlumat verərək, rəhbərlik etdiyi parlament komitəsinin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabatı təqdim edib. Bildirdi ki, hesabat dövründə komitənin 5 iclası keçirilib, 7 məsələyə baxılıb.
Hesabat dövründə komitəyə 310 ərizə və müraciət daxil olub, baxılması üçün müvafiq tədbirlər görülüb.

İclasda həmçinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi birinci oxunuşda müzakirə edilib. Hicran Hüseynova bildirib ki, qanunun təhsil üzrə təminatlara dair 5-ci maddəsində edilən dəyişikliyə görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də onların ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Müzakirə zamanı deputatlar bunun çox mütərəqqi dəyişiklik olduğunu vurğulayıblar.

Komitə üzvləri Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Uşaq hüquqları haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini də (birinci oxunuş) müsbət qarşılayıblar.
Komitə üzvlərinin yekdil qərarı ilə gündəlikdəki bütün məsələlər Mili Məclisin plenar iclasına tövsiyə olunub.

Etiketlər:

Daxil olun


x
This website is using cookies. More info. That's Fine