
Bu yollarda postlar qurulacaq - SİYAHI

"Tək Bakıda deyil, respublikamızın bütün ərazisində - 16 inzibati ərazi vahidində sərtləşmiş karantin rejimi dövründə hərəkət məhdudlaşdırılacaq. Bütövlükdə bu müddət ərzində gücləndirilmiş nəzarət-profilaktik tədbirləri ən yüksək səviyyəyə çatdırılacaq".
Bunu "Real İntervyu"ya müsahibəsində DİN-in şöbə rəisi Elşad Hacıyev deyib.
E.Hacıyev sərtləşdirilmiş karantin rejimi dövründə qurulacaq postlardan da danışıb:
"Bakı-Yevlax- Şamaxı, Qazax-Gürcüstan-Bakı, Sumqayıt-Bakı-Abşeron, Bakı-Quba yolunda, eləcə də paytaxtda həm stasionar postlar, həm də qəfləti dəyişən - mobil postlar olacaq. Piyada naryadlarında polis və daxili qoşunların hərbi qulluqçuları xidmət aparacaqlar. Avtopatrullarda xidmət, yəni, post-patrul xidməti təşkil olunacaq. Əvvəlki təcrübə əsas götürülərək bu iş icra ediləcək".
DİN rəsmisinin sözlərinə görə, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olan şəxslər "icaze.e-gov.az” portalı və 8103 SMS-xidmətində, eləcə də E-təbib-də təsdiqlənmiş icazələr olduqda həmin şəxslərin öz avtomobilləri ilə hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Bakıda mobil polis postları qurulub
Son Xeberler

Bakıya girişdə müvəqqəti postlar qurulur - VİDEO
Bugun.az

Zoomağazada yanğın: 500-dən çox heyvan öldü
Bugun.az

Bakıda mobil postların sayı artırılır -
Son Xeberler

Bakıda karantin postları fəaliyyətə başladı
Son Xeberler

Həftəsonu bu ərazilərdə postlar qurula bilər -
Son Xeberler


