Büdcədə ÜDM azaldılır - RƏSMİ
2020-ci ilin dövlət büdcəsinə yenidən baxılması məqsədilə hazırlanmış müvafiq sənəd və məlumatlarda ümumi daxili məhsulun (ÜDM) cari il üçün göstəricisi konkret olaraq göstərilməyib.
Bu,barədə Hesablama Palatasının “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklə bağlı hazırladığı rəydə yazılıb.
Bildirilib ki, təqdim olunmuş izahatda büdcə gəlirlərinin ÜDM-ə nisbətinin 35,3 faiz olması qeyd edilib.
“Aparılmış hesablamalar 2020-ci il üçün ÜDM-in nominal ifadədə 68 milyard 339 milyon 900 min manat nəzərdə tutulduğunu göstərir. Eyni zamanda, real ifadədə ÜDM-in 5 faiz azalacağı proqnozlaşdırılıb”.
Beləliklə, ÜDM-in nominal ifadədə proqnozu 14 milyard 981 milyon 600 min manat, artım tempi isə səkkiz faiz bəndi azaldılıb. Əvvəlki proqnozda 3 faiz artım nəzərdə tutulmuşdu.
Etiketlər
Oxşar xəbərlər
İşsizlərə ŞAD XƏBƏR-
Son Xeberler
Azərbaycanda ağır işlərdə çalışanların pensiyaya ç...
Son Xeberler
“Büdcənin gəlirləri 5 milyard manat az olacaq” -
Son Xeberler
COVİD-19 vaksinləri nə zaman paylanılacaq? -
Son Xeberler
Azərbaycanda övladlığagötürmə ilə bağlı
Son Xeberler
Karantin rejimində bəzi qadağaların ləğvi ilə bağl...
Son Xeberler