🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Bülent Arınç istefa verdi

24.11.2020 14:29 381 baxış sayı 2 dəq. oxuma
Bülent Arınç istefa verdi

Türkiyə Prezidentinin keçmiş köməkçisi Bülent Arınç Türkiyə Prezidenti yanında Rəyasət Heyətinin Ali Məşvərət Şurasının üzvlüyündən istefa verib.

Arınç istefa ərizəsini Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edib.

"Türkiyənin məhkəmə sistemi, iqtisadiyyat və digər sahələrdə islahatlara ehtiyac duyduğu göz qabağındadır. Ölkəmizin rahatlaşmasına və millətimizin problemlərinə çarə tapılmasına ehtiyac var. Televiziya verilişlərində dəfələrlə qeyd etdiyim kimi, bu istiqamətdə cənab Prezidentimizin iradəsini gördüm və dəstəkləyirəm. Ancaq çıxışımın şəxslər üzərində fərqli zəminlərə daşınması səbəbindən bunun islahat işlərinə maneə olacağına görə narahat olduğumdan Ali Məşvərət Şurası üzvlüyündən istefa verməyə qərar verdim.

Şura üzvlüyü vəzifəmdən ayrılmaq istəyimi Prezidentimizə çatdırdım və o da bunu uyğun gördü. Qarşılıqlı xoşməramlı arzularımızla halallaşdıq və vəzifəmdən istefa verdim”,- deyə Arınç qeyd edib

Paylaş: