🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

"Bunu böyütmək nəyə lazımdır?" - Abid Şərifov nəvəsinin otelindən danışdı

10.02.2021 09:39 384 baxış sayı 2 dəq. oxuma
"Bunu böyütmək nəyə lazımdır?" -

Baş nazirin sabiq müavini Abid Şərifovun nəvəsi Nicat Mahmudovun Şəkidə otel kompleksi tikməsi ilə bağlı məlumat yayılıb.

“Unikal.org”a açıqlama verən Abid Şərifov faktı təsdiqləyib. O, bildirib ki, Şəki şəhər icra hakimiyyəti tərəfindən istismara verilən "Şəki Park” oteli nəvəsinə məxsusdur:

"Nicat mənim qızımın oğludur. Şəkidə tikinti edib. Amma ona otel demək olmaz. Üç mərtəbəli yataqxana tipli bir yerdir. Yazıldığı qədər böyük bir kompleks deyil. Bunu böyütmək nəyə lazımdır?"

Qeyd edək ki, "Şəki Park” otel dörd mərtəbəli binadan və ümumi sahəsi 5200 kvadrat metrdən çox olan 1, 2 və 3 otaqlı koteclərdən ibarətdir. Burada qapalı və açıq restoranlar, voleybol meydançası, tennis kortu, açıq hovuz və bir çox digər istirahət obyektləri var.

Paylaş: