Canlı yayım zamanı Ədliyyə Nazirliyi yanmağa başladı - FOTO

26.08.2020 07:52 759 baxış sayı 2 dəq. oxuma
Canlı yayım zamanı Ədliyyə Nazirliyi yanmağa başladı -

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin inzibati binasında yanğın olub.

Bakı şəhəri, İnşaatçılar prospekti 1 ünvanında yerləşən binanın 5-ci mərtəbəsində yanğın qeydə alınıb.

Nazirliyin əməkdaşları binadan təxliyə olunublar.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb edilib.

Hadisə zamanı nazirliyin rəsmi səhifəsində canlı yayım aparılırdı. Yanğın başladığından canlı yayım dayandırılıb.

FHN-dən “Report”a bildirib ki, yanğın söndürülüb.

 

 
 
O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: