
Cəbrayılda 3 nəfər minaya düşdü - birinin meyiti tapıldı

Fevralın 4-də Füzuli rayon sakini Şahin Quliyev Füzuli rayon polis şöbəsinə müraciət edərək qardaşı Mehman Quliyevin, rayon sakinləri İlqar Əhmədovun və Müstəqim Ələsgərovun itkin düşmələri barədə məlumat verib.
Cəbrayıl rayon prokurorluğundan bildirilib ki, aparılmış ilkin araşdırmalarla fevralın 7-də İlqar Əhmədova məxsus “VAZ 2106” markalı 99 NH 623 dövlət qeydiyyat nişanlı avtomobilin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Nüzgar kəndi ərazisində tank əleyhinə minaya düşərək partlaması müəyyən olunub.
Faktla bağlı rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidə 1988-ci il təvəllüdlü Mehman Quliyevin meyiti aşkar edilib.
Hazırda digər şəxslərin yerinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Oxşar xəbərlər

Cəbrayılda 20 erməni hərbçinin meyiti tapıldı
Son Xeberler

Daha 2 erməni hərbçinin meyiti tapıldı
Son Xeberler

Azərbaycanda qəbiristanlıqda yeni doğulmuş körpə m...
Son Xeberler

Bakıda evdən yanmış kişi meyiti tapıldı
Son Xeberler

İtkin düşdüyü deyilən şəxs Cəbrayılda minaya düşdü
Son Xeberler

Azərbaycanda sabiq icra başçısının oğlunun meyiti...
Xəbər Anı