
Çeçenistanda yanacaqdoldurma məntəqəsində baş verən partlayış hər kəsi çaşdırdı

Rusiya Fövqəladə Hallar Nazirliyi, Çeçenistanın paytaxtı Groznıda yanacaqdoldurma məntəqəsində baş verən partlayış haqqında məlumat verib.
Nazirliyin Telegram kanalında verilən məlumata görə, Rusiya Federasiyasına bağlı Çeçenistan Respublikasının paytaxtı Groznıda bir yanacaqdoldurma məntəqəsində partlayış baş verib, hadisə yerinə fövqəladə hallar xidməti heyəti göndərilib.
Yanacaqdoldurma məntəqəsinin partlaması nəticəsində yaranan alov topu şəhərin bir çox yerindən görünüb. 4 nəfər, o cümlədən 2 uşaq həyatını itirib. Rəsmilər həlak olanların eyni ailədən olduğunu bildiriblər.
Yanacaqdoldurma məntəqəsinin partladığı anda, partlayışın yaratdığı şok dalğası nəticəsində yerə yıxılan bir çox insanın yaralı olduğu bildirilir. Yerli mənbələr yanacaqdoldurma məntəqəsində birdən çox partlayış baş verdiyini bildiriblər.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Grozni şəhərində yanacaqdoldurma məntəqəsində part...
Son Xeberler

Naxçıvanda yanacaqdoldurma məntəqəsində yanğın baş...
Azəri Xəbər

Naxçıvanda yanacaqdoldurma məntəqəsində yanğın sön...
Azəri Xəbər

Naxçıvanda yanacaqdoldurma məntəqəsində yanğın baş...
Azəri Xəbər

Abşeronda sexdə partlayış olub, xəsarət alanlar va...
Son Xeberler

Şəmkirdə yancaqdoldurma məntəqəsində yanğın olub
Azəri Xəbər


