🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Çəkiliş zamanı əmisinin ölüm xəbərini eşitdi

12.06.2020 13:03 498 baxış sayı 1 dəq. oxuma
Çəkiliş zamanı əmisinin ölüm xəbərini eşitdi

Aparıcı-şairə Nazilə Səfərli "Ona qalsa" verilişinin kadrarxası çəkilişləri zamanı çətin anlar yaşayıb.


ARB TV-nin aparıcı Yeganə Cansail həmkarından müsahibə almağa hazırlaşıb. Həmin an Naziləyə zəng gəlib və əmisinin öldüyü bildirilib.


Göz yaşlarına hakim ola bilməyən Səfərli əmizinin Rusiyada vəfat etdiyini bildirib. O qeyd edib ki, karantin ərəfəsində sərhədlərin bağlı olması nəşin Azərbaycana gətirilməsində çətinlik yaradıb:


"Adam qardaşlarının çiynində getmədi. Nə pis dövrə gəldik".

Paylaş: