Cəlilabadın bir kəndinin 26 sakinində koronavirus aşkarlanıb
Cəlilabad rayonunun 5 kəndində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının artım dinamikası müşahidə olunur.
Bunlar Həziabad, Bəcrəvan, Ağdaş, Komanlı və Şıxlar kəndləridir.
Qeyd olunan ərazilər arasında ən çox yoluxma hallarının Ağdaş kəndində olduğu bildirilir. Məlumata görə, bu kənddə 26 nəfərdə koronavirus aşkar edilib. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları bu kəndlərdə olublar. Sakinlərdən yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar yaxma analizləri götürülüb.
Qeyd edək ki, bir müddət öncə Cəlilabad Rayon Mərkəzi Xəstəxanası koronavirus xəstələrinin müalicə olunduğu xüsusi rejimli xəstəxanaya çevrilib.
Oxşar xəbərlər
SON DƏQİQƏ! Polis və DSX əməliyyat keçirdi, saxlan...
Son Xeberler
Bu ölkədə 100 gündür COVID-19-a yoluxan yoxdur
Son Xeberler
Azərbaycanda 2 vəkildə koronavirus aşkarlandı
Son Xeberler
Roma merində koronavirus aşkarlandı
Son Xeberler
Azərbaycanda koronavirusa yoluxanların sayı açıqla...
Son Xeberler
DİN: Həftəsonu ictimai yerlərdə 9 nəfər aktiv koro...
Son Xeberler