🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Ceyhun Bayramov və Çavuşoğlu telefonla danışdı

01.12.2020 19:23 394 baxış sayı 2 dəq. oxuma
Ceyhun Bayramov və Çavuşoğlu telefonla danışdı

Dekabrın 1-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, nazirlər 10 noyabr tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı fikir mübadiləsi aparıblar. Nazir Mevlüt Çavuşoğlu bəyanata uyğun olaraq, Ağdam və Kəlbəcər rayonlarının ardınca Laçın rayonunun azad olunması münasibətilə təbriklərini bildirib. Bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin olunması üçün imzalanmış bəyanatın yerinə yetirilməsinin vacib olduğunu qeyd edib.

Nazirlər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri müzakirə ediblər.

Paylaş: