Cocuq Mərcanlıda çoxsaylı evlərə ziyan dəyib
Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmənin silahlı qüvvələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.
İşğalçı ölkənin silahlı qüvvələrinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yaşayış evlərini intensiv atəşə tutması nəticəsində çoxsaylı evlərə külli-miqdarda ziyan dəyib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün bütün zəruri tədbirlərin görülməsi təmin ediləcəkdir.
Oxşar xəbərlər
Livandakı partlayışda ölənlərin sayı artdı -
Son Xeberler
Müdafiə Nazirliyi:
Son Xeberler
Prezidentin köməkçisi azad edilmiş ərazilərdə apar...
Son Xeberler
Ermənilər Tərtərin kəndlərini yenidən atəşə tutdu
Son Xeberler
Ermənilər səhər saatlarında Tərtərə 250-yə yaxın t...
Son Xeberler
Qarabağ kəndinin 3 mülki sakini yaralandı
Son Xeberler